Elnur Əliyev məsuliyyətə cəlb edilib, barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib - DETALLAR

4-11-2022, 12:29           
Elnur Əliyev məsuliyyətə cəlb edilib, barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib - DETALLAR
Elnur Əliyev məsuliyyətə cəlb edilib, barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib
Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev sərbəst buraxılıb.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.