Prezidentin yüksək rütbə verdiyi kontr-admiral Sübhan Bəkirov kimdir? – DOSYE

4-11-2022, 14:57           
Prezidentin yüksək rütbə verdiyi kontr-admiral Sübhan Bəkirov kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilib.
Bizim.Media xəbər verir ki, Sübhan Bəkirov 1964-cü ildə Qazax rayonunda anadan olub.
O, 1982-1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub. S.Bəkirov 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə isə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.
S. Bəkirov 1997-2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.
2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi - zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.
2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən Sübhan Bəkirov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli Sərəncamına əsasən kontr-admiral ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.