144 milyon uşaq və gənc təhsildən kənardadır - UNESCO

5-11-2022, 12:05           
144 milyon uşaq və gənc təhsildən kənardadır - UNESCO
"Dünyada 144 milyon uşaq və gənc hələ də məktəbdən kənardadır.

Teref.Az Trend-ə istinadən bildirir ki, bunu şənbə günü UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini "Təhsildə Yeni Çağırışlar" III Beynəlxalq Forumunda videokonfrans vasitəsilə iştirakı zamanı deyib.

Onun sözlərinə görə,10 uşaqdan 6-sı çox sadə hekayələri belə oxumaq iqtidarında deyil.

"Həqiqətən vəziyyət çox acınacaqlıdır. Öyrənmə mühiti mütləq olaraq təmin edilməlidir. Bu kifayət qədər iddialı məsələdir. Məktəbdəki təcrübə bir həyat təcrübəsi olmalıdır. Bu hər bir siyasətin başlıca məqsədi olmalıdır. Təhsil emosional və sosial prosessdir ki, burada məhz təcrübəli, bacarıqlı müəllimlər başlıca rol oynayırlar", - deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.