İstifadəçilər kütləvi şəkildə "Twitter"i tərk edir - Bu platformaya axın başladı

6-11-2022, 00:33           
İstifadəçilər kütləvi şəkildə "Twitter"i tərk edir -
Milyarder iş adamı İlon Maskın "Twitter"də etdiyi dəyişikliklər sosial şəbəkə istifadəçilərini bu platformadan soyudub.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, Maskın platformada "mavi işarə"ni pullu edəcəyini açıqlaması və "Twitter"in işçilərini kütləvi şəkildə ixtisar etməsi narahatlıq yaradıb.
Baş verənlərdən sonra istifadəçilər kütləvi şəkildə "Twitter"i tərk edərək başqa platformalara üz tutmağa başlayıblar. Belə ki, "Twitter" istifadəçilərinin çoxu hazırda daha öncə elə də populyar olmayan "Mastodon" adlı kiçik sosial media platformasında qeydiyyatdan keçir.
2016-cı ildə əsası qoyulan "Mastodon" İlon Maskın atdığı addımlar nəticəsində hazırda istifadəçilərinin sayını sürətlə artırır. O, çox əhatəli olmasa da, "Twitter"ə bənzər görünüşə və xüsusiyyətlərə malikdir. Böyük sosial şəbəkələrdən fərqli olaraq, "Mastodon" həm pulsuz, həm də reklamsızdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.