Azərbaycanda DƏHŞƏT: anasını öldürüb meyitinin yanında yatdı

6-11-2022, 10:13           
Azərbaycanda DƏHŞƏT: anasını öldürüb meyitinin yanında yatdı
Şabranda anasını döyərək öldürən 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun məhkəmə prosesi başa çatıb.

Teref.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 36 yaşlı M.Nazırov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 9-da Şabranın Ağalıq kəndində qeydə alınıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisə günü o, evə sərxoş vəziyyətdə gəlib. Bu zaman 1953-cü il təvəllüdlü anası ona nəyə görə bu qədər içdiyini irad tutub. Həmin vaxtı həddindən artıq sərxoş vəziyyətdə olan Məhəmməd, anası Nuriyyə Nazırovunanın iradlarından əsəbləşərək, sağ əlinin arxası ilə valideynin üz nahiyəsinə zərbə endirib. Bu zaman qadın zərbənin təsirindən yerə yıxılıb və başından xəsarət alıb.

Məhəmməd sərxoş vəziyyətdə olduğu üçün anasının nəfəsinin gəlmədiyini, yəni öldüyünü görüb, onun yanında uzanaraq yatıb qalıb. Digər baş verənlərin isə xatırlamadığını bildirib. O, ayıldığı zaman polis əməkdaşlarının evdə olduğunu görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru