Kreml uğursuzluğun günahını generalların üzərinə atır

6-11-2022, 13:04           
Kreml uğursuzluğun günahını generalların üzərinə atır
Rusiya hərbi rəhbərliyindəki istefalar onu göstərir ki, Kreml Ukraynaya qarşı müharibədəki uğursuzluqlarına və yanlış hesablamalarına görə günahı generalların üzərinə atır.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, noyabrın 3-də Mərkəzi Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Lapinin yerinə general-mayor Aleksandr Linkov gətirilib.

“Bunun təsdiqlənməsi cəbhədəki uğursuzluqlar səbəbindən rus komandirlərinin dəyişdirilməsinin başqa bir nümunəsi olacaq. Bundan əvvəl Lapin Çeçenistan Lideri Ramzan Kadırov və “Vaqner”in rəhbəri Yevgeni Priqojin tərəfindən sərt tənqidlərə məruz qalırdı”, - hesabatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru