Xersonda təxribat-kəşfiyyat qruplarının axtarışı: İnsanlardan işgəncə ilə məlumat alırlar

8-11-2022, 00:07           
Xersonda təxribat-kəşfiyyat qruplarının axtarışı:
“Ukraynanın Xerson vilayətinin Kaxovka şəhərində rusiyalılar təxribat-kəşfiyyat qruplarını və atəş tuşlayıcılarını axtarırlar. Bununla bağlı məlumat almaq üçün insanlara işgəncələr verilir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat verib.

“Rusiya qoşunları dinc əhaliyə qarşı müharibənin qanunları və adət-ənənələrini kobud şəkildə pozmaqda davam edir. Xerson vilayətinin Kaxovka şəhərində təxribat qrupları və atəş tuşlayıcılarının axtarışı davam edir. Saxlanılanlar Qornostayevkaya aparılır və işgəncə altında ifadə verməyə məcbur edilirlər. Oxşar tədbirlər Luqanskın Borovskoye və Şedrişeve şəhərlərində də aparılır. Kütləvi axtarışlar, mobil telefonların müsadirəsi, insanların oğurlanaraq naməlum istiqamətə aparılması kimi hallar baş verir”, - deyə məlumatda qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru