Almaniya polisi İsveçrə banklarında rusiyalı milyarderin “çirkli” pullarını axtarıb – ŞOK ƏMƏLİYYAT

9-11-2022, 00:07           
Almaniya polisi İsveçrə banklarında rusiyalı milyarderin “çirkli” pullarını axtarıb –
Alman polisi İsveçrənin UBS bankının Frankfurt və Münhendəki ofislərinə basqın edib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

İddia olunur ki, məqsəd rusiyalı milyarder Əlişir Usmanovun bu banklarda “çirkli” pulların “yuyulması” ilə bağlı məlumatları sübut edən sübutlar tapmaq olub.

Almaniya Baş Prokurorluğunun sözçüsü axtarışlar faktını təsdiqləyib. Söhbət “çirkli” pulların “yuyulması” ilə bağlı sübutların toplanmasından gedir. Axtarılan filiallar fərdi müştərilərə xidmət göstərilməsi ilə məşğul olub. Bank işçilərinə hələ ki, heç bir ittiham irəli sürülməyib.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Əlişir Usmanov Avropa Birliyinin sanksiya siyahısına salınıb. Onun harada olduğu bilinmir.

Almaniyanın Ağır Cinayətlər və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsmiləri rusiyalı oliqarxın əməliyyatları ilə bağlı olduğu iddia edilən banklardan “çirkli” pulların “yuyulması” şübhəsi ilə bağlı 100-ə yaxın məlumat toplayıb.

UBS Europa səlahiyyətlilərə şübhəli əməliyyatlar barədə doqquz hesabat göndərib. Şikayətlər qismən rusiyalının özünə, qismən də Əlişir Usmanovla əlaqəli ofşor şirkətlərə yönəlib.

İndi Münhen prokurorluğu oliqarxı vergidən yayınmaqda şübhəli bilərək, araşdırma aparır. Frankfurt Baş Prokurorluğu da “çirkli” pulların “yuyulması”nda şübhəli bilinənləri araşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.