İran PUA-ları 3 ölkədən alınan komponentlər əsasında yığılır – Avstriyadan mühərrik, Yaponiyadan kamera, Çindən...

8-11-2022, 19:44           
İran PUA-ları 3 ölkədən alınan komponentlər əsasında yığılır –
İran pilotsuz təyyarələrinin yeni modelləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra hazırlanıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlama yayıb.

““Mohajer-6” pilotsuz təyyarəsinin yeni modeli yalnız bu ilin fevral ayında hazırlanıb. Onu Rusiya Federasiyasına çatdırmaq üçün vaxt lazım idi. Yəni, onlar bu il çatdırılıb”, - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi bildirib.

“Mohajer” müxtəlif ölkələrdə istehsal olunan hissələrdən yığılır. Mütəxəssisin sözlərinə görə, komponentlərin əksəriyyəti ABŞ-dandır. Dronda həmçinin Avstriya mühərriki və Yapon kamerası var.

“Biz burada heç bir rus elementi tapmadıq. Bir elementdə farsca yazı var. Görünən diapazon kamerası – Yaponiyaya məxsusdur. Çin istehsalı olan lazer məsafəölçəndən istifadə olunub. İran istehsalı olan hava bombası ilə təchiz edilib”, - deyə vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru