Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb

10-11-2022, 09:08           
Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb
İnfeksiyanın yayılmasının qarşısının alınması üçün tədbirlər görülür

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Xəstəlikdən indiyədək 62 nəfər sağalıb.

Qebreyesus vurğulayıb ki, hazırda əsas diqqət xəstələrin sağlam insanlarla təmaslarının müəyyənləşdirilməsi üzrə işlərin gücləndirilməsinə, həmçinin infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlib.

ÜST Uqanda hökumətinə Ebola ilə mübarizədə, o cümlədən müalicə mərkəzlərinin yaradılması və mütəxəssislərin hazırlanmasında yardım edir.

Uqanda Səhiyyə Nazirliyi sentyabrın 20-də 24 yaşlı şəxsdə virusun aşkarlanması ilə ölkədə Ebola xəstəliyinin yayıldığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru