SİNİR VƏ ƏSƏB SİSTEMİ ÜÇÜN VACİB VİTAMİNLƏR

30-12-2022, 10:03           
SİNİR VƏ ƏSƏB SİSTEMİ ÜÇÜN VACİB VİTAMİNLƏR
Sinir sistemi pozulmalarının bir çoxu vitamin-mineral defisiti səbəbindən ola bilər.
Tribunainfo.az xəbər verir ki, endokrinoloq Zuxra Pavlova sinirlər üçün ən vacib vitaminləri sadalayıb.
Əksər hallarda B 1, yəni tiaminin çatışmaması baş beyində distrofik dəyişikliklər və ensefalopatiya yaradır.
Çox zaman insanlar yaxşı qidalansa da yenə də bu vitamin əskikliyi olur. Çünki mədə-bağırsaqdan vitamin sovrulması problemi var.
Sinir sistemi üçün təkcə B1, yox ümumilikdə B qrup vitaminlərin hamısı vacibdir.
Bunlar çatışmadıqda qanda homosistein miqdarı çoxalır, bu da ürək xəstəliklərinə səbəb olur. İnsan yaşlandıqca demensiya və altsheymer əmələ gəlir.
Ona görə də baş beyini, sinirləri qorumaq üçün B qrup vitaminləri ilə zəngin qidalanıb, əlavə olaraq, B qrup vitaminləri kursla qəbul etmək lazımdır.
Yaddaş və koqnitiv düşüncə üçün E vitamini də vacibdir.
Minerallardan isə kalsiy, maqniy, marqans, sink qəbul etməlisiz.
Vitamin defisitini xəstə özündə aşkar edə bilməz. Bunun üçün endokrinoloqa müraciət etmək lazımdır. Bir çox vitaminlərin analizi var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.