Məleykə Abbaszadəmin sədr olduğu DİM may ayında 221 min manatdan artıq pul köçürüb - Bu şirkətlərə və fiziki şəxsə

28-05-2025, 10:16           
 Məleykə Abbaszadəmin sədr olduğu DİM may ayında 221 min manatdan artıq pul köçürüb -
Dövlət İmtahan Mərkəzi may ayında 221 min manatdan artıq dəyərində tender müqavilələri imzalayıb

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsi may ayında müxtəlif istiqamətlər üzrə ümumi məbləği 221 min manatdan artıq olan tender müqavilələri bağlayıb.

Müqavilələr üzrə qaliblər və xidmətlər aşağıdakılardır:

Mirzəyev Mübariz Abdulla oğlu adlı fiziki şəxsdən Şəki şəhəri, Salman Mümtaz küçəsi 8 ünvanında yerləşən binanın icarəsi xidməti satın alınıb. Müqavilənin dəyəri 36.000 manat təşkil edir.

"GLOBAL STATIONERY OFFICE" MMC ilə dəftərxana ləvazimatlarının alınması üçün 45.791,14 manat dəyərində müqavilə imzalanıb.

"TAİS İKF" MMC ilə yeməklərin hazırlanması və çatdırılması xidmətlərinin satın alınması üzrə bağlanan müqavilənin dəyəri 138.260,6 manat olub.

"GPS.AZ" MMC isə nəqliyyat vasitələri üçün GPS izləmə cihazlarının alınıb quraşdırılması və illik texniki xidmətin göstərilməsi üçün keçirilən tenderin qalibi olub. Bu müqavilənin dəyəri 1.800 manatdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir.

32gun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru