Bərdədə insanları qorxudan naməlum şəxs peyda olub?

11-01-2023, 08:48           
Bərdədə insanları qorxudan naməlum şəxs peyda olub?
Son günlər Bərdədə paranormal hadisələrin baş verməsi ilə bağlı iddialar yayılıb.

Bununla bağlı sosial şəbəkələrdə bir neçə sakin yazıb. Onların sözlərinə görə, sözügedən naməlum şəxs hava qaralandan sonra tövlələrə od vurur, evlərin pəncərələrini sındırır, müxtəlif əşyalar düzərək yolları bağlayır. Onun 3 nəfər yaşlı adamı qorxutduğu iddia edilib.

İddialarla bağlı DİN Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, kapitan Aslan Qiyaslı bildirib ki, məlumatlar şayiə xarakterlidir: “Belə ki, rayonun Xəsilli kəndində bir qadının naməlum şəxs tərəfindən döyülməsi və Hacıallı kəndində ot tayasının yanması ilə bağlı rayon polis şöbəsinə müraciətlər olunub. Hazırda müvafiq araşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”. (Qafqazinfo)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.