"Xalqa “Azərbaycan-Türk qrupu” deyənlərin dilini kəsəcəyik" - Ovanisyan

4-04-2023, 18:39           
"Xalqa “Azərbaycan-Türk qrupu” deyənlərin dilini kəsəcəyik" - Ovanisyan
Hakim “Mülki müqavilə” fraksiyasının nümayəndəsi Ermənistanın hüquq müdafiəçisi vəzifəsinə namizədliyinin müzakirəsi zamanı hədə-qorxu ilə çıxış edib.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, parlamentin “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanisyan Ermənistanın Ombudsmanı postuna müxalifətdən namizəd Edqarın sözlərinə reaksiya verərək xalqı “Azərbaycan-Türkiyə qrupu” adlandıranların dilini kəsəcəklərini bildirib.

“Sən kimsən? Xalqımıza hansısa “Azərbaycan-Türk qrupu” deməyə cəsarət edənin dilini kəsəcəyik. Hamı başa düşdü?”, -deyə "Mülki müqavilə" fraksiyasının katibi, Ovannisyan bildirib.

Komissiyanın rəhbəri Taquhi Tovmasyanın Ovannisyanın əslində onu hədələməsi ilə bağlı iradını o, inkar etməyib.

"Bunu təhdid kimi qəbul edin. Əgər kimsə xalqımıza nəsə desə, mən onun dilini də, qulaqlarını da kəsəcəyəm",- deyə Ovanisyan bildirib.

Məlumat üçün bildirək ki, Milli Məclisin İnsan hüquqları və ictimai məsələlər daimi komissiyasının növbədənkənar iclasında Kazaryan bəyan edib ki, 2018-ci ildə Ermənistanda “Azərbaycan-Türkiyə inqilabı” baş verib.

Qeyd edək ki, parlamentin hakim “Mülki müqavilə” fraksiyası Ermənistanın Ombudsmanı vəzifəsinə baş prokurorun müavini Anahit Manasyanın namizədliyini rəsmən irəli sürüb.

Parlamentin “Mənim şərəfim var” və “Hayastan” fraksiyaları isə Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsinin keçmiş sədri Edqar Qazaryanın namizədliyini irəli sürüb.

2023-cü il yanvarın 24-də Ermənistan Ombudsmanı Kristin Qriqoryanın istefası əsasında səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Qriqoryan bir il vəzifəsində qalıb, hakimiyyətin ikinci müddətə namizədliyini irəli sürməmək qərarına gəldiyi Arman Tatoyanın səlahiyyətləri başa çatdıqdan sonra 24 yanvar 2022-ci ildə təyin edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.