Yaraları sağaldır, kəpəyi azaldır, baş ağrısını kəsir - Göz oxşayan SEHRLİ BİTKİ

5-04-2023, 09:38           
Yaraları sağaldır, kəpəyi azaldır, baş ağrısını kəsir -
Məlum olduğu kimi, lavanda çox faydalı xüsusiyyətlərə malikdir.

Publika.az xəbər verir ki, bu bitki yağ və ya cövhər şəklində, ətir istehsalında, dezinfeksiyaedici maddələrin istehsalında və ya narahatlığı aradan qaldırmaq üçün istifadə edilə bilər.

Lavandanın istifadəsinə dair bəzi nümunələr:

Bir neçə damcı lavanda yağı götürün və gicgahınıza sürtün - bu baş ağrısını tədricən aradan qaldırır.

Qəbizlikdən əziyyət çəkirsiniz? Lavanda çayı bundan xilas olmağa kömək edəcək. Lavanda yağı mədə-bağırsaq traktının əzələlərini rahatlaşdırır və mədə kramplarını aradan qaldırır.

Yağ şəklində olan lavanda yaraların sağalmasına kömək edir və qulaq ağrılarını sakitləşdirir.

Kəpəyi azaldır. Düzdür, proses kifayət qədər mürəkkəbdir. 15 damcı lavanda cövhərini iki qaşıq zeytun yağı ilə qarışdırıb mikrodalğalı sobada bu qarışığı bir az qızdırmaq lazımdır. Alınan məhlulu nəm saça çəkin. Saçınızı duş üçün olan "papaq"la bağlayın. Sonra saçınızı yuyun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru