Həkimlərin Xankəndiyə daxil olması... - Diqqətçəkən detal
5-04-2023, 12:48
Azərbaycanın təcili tibbi maşınının Xankəndiyə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından diqqətçəkən detaldır:
- Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir;
- erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır;
Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndində Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir. axar.az