Vətəndaşı əsassız yerə dəlixanaya yerləşdirməyin cəzası nədir? – HÜQUQŞÜNAS DANIŞIR

5-04-2023, 21:26           
Vətəndaşı əsassız yerə dəlixanaya yerləşdirməyin cəzası nədir? – HÜQUQŞÜNAS DANIŞIR
Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də 3 saylı uşaq evindəki yeniyetmənin psixiatriya xəstəxanasına yerləşdirilməsi məsələsidir.

Maraqlıdır, insanı məcburi şəkildə dəlixanaya yerləşdirmək hansı hallarda hüquq daxilində ola bilər?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmək Cinayət Məcəlləsinin 146-cı maddəsilə cinayət hesab edilir.

Onun sözlərinə görə, həmin şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Bu kimi hallar olarsa, vətəndaş aidiyyəti üzrə qurumlara şikayət edə bilər. Şəxsi psixiatriya xəstəxanasına yerləşdirmək üçün müəyyən şərtlər var. Həmçinin cinayət məcəlləsinin 146.2-ci maddəsinə əsasən eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru