“USQ əks-hücumun başlanması üçün yaxşı mövqelərdə yerləşib” – Amerikalı general
28-04-2023, 11:14
Ukrayna silahlı qüvvələri əks-hücum üçün yaxşı mövqelərdə yerləşib.
NATO Birləşmiş Qüvvələrinin Avropadakı Baş komandanı general Kristofer Kavoli bu məsələdə əminlik bildirib və qeyd edib ki, rusiyalılar Ukraynadakı müharibədə böyük itkilər verirlər (CNN).
«Modelləşdirməyə əsasən, hansı ki, biz, hərtərəfli qaydada həyata keçirmişik, ukraynalılar yaxşı mövqelərdə yerləşirlər» - o, bəyan edib (UNİAN).
Bu zaman general əlavə edib ki, rusiyalıların müharibədə çoxsaylı itkilərinə baxmayaraq, RF quru qoşunları Ukraynada tammiqyaslı təcavüzün başlanğıcında olduğundan artıqdır. Rusiyanın quru qüvvələri bu münaqişə səbəbilə bir qədər deqradasiyaya uğrayıb, amma bu gün onlar münaqişənin əvvəlində olduğundan çoxdurlar.
Bundan əlavə, Kavoli onu da göstərib ki, Rusiyanın hələ ki, min qırıcısı və qırıcı-bombardmançısı var.