Çinlilərin möcüzəvi üsulu - Yorğunluq və baş ağrısı 40 saniyəyə keçir

5-06-2023, 11:18           
Çinlilərin möcüzəvi üsulu - Yorğunluq və baş ağrısı 40 saniyəyə keçir
Yorğunluq və baş ağrılarından əziyyət çəkənlər bu problemlə mübarizə üçün tez-tez müxtəlif üsullara əl atırlar. Çinlilərin kəşf etdiyi formulun isə yorğunluq və baş ağrılarını 40 saniyəyə aradan qaldırdığı iddia edilir.
Bakupost.az “buz hiyləsi” üsulu haqqında məlumat təqdim edir.
Çinlilər enerji axınının keçdiyi əsas nöqtələri meridian adlandırırlar.
Onların “buz hiyləsi” adlandırdığı metod isə bloklanmış enerjini normal vəziyyətə qaytarır.
Bunun üçün boyunun arxa nahiyəsinə 20 dəqiqə ərzində buz qoymaq lazımdır. Çinlilər bu ərazini “Feng Fu” nöqtəsi adlandırırlar.
Qida mütəxəssisi Devid Vulfa görə, bu nöqtəyə soyuq bir şey toxunduqda qana endorfinlər buraxılır və baş ağrısı aradan qalxır.
“Feng Fu” nöqtəsi adlanan bu nahiyədə 20 dəqiqə ərzində buz saxlamaq baş ağrısını aradan qaldırmaq üçün kifayətdir.
Eyni zamanda, bu üsulun başqa bir faydasının olduğu da bildirilir.
Deyilənə görə, “buz hiyləsi” metodunu hər gün tətbiq edənlərin yuxu rejimi də qaydaya düşür. “Buz hiyləsi” elmi metod kimi tanınmasa da, bu üsul bir çox insana kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru