Saxta diplomlu MƏKTƏB DİREKTORU...

Bu gün, 16:43           
Saxta diplomlu MƏKTƏB DİREKTORU...
Valideynlərdən pul yığılması ilə gündəmə gələn Nizami rayonundakı 250 nömrəli məktəbin direktoru Əliyeva Gülanə Bayandur qızının diplomunun saxta olduğu iddia edilir.
TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 2015-ci ildə fəaliyyəti dayandırılan Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İddialara görə, Gülanə Əliyeva sözügedən ali məktəbə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanından kənar qəbul olunub.

Qeyd edək ki, Gülanə Əliyeva 02 avqust 2023-cü ildə 250 nömrəli tam orta məktəbin direktoru təyin edilib. Məsələ ilə bağlı onunla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə bildirdi ki, bu cür fərdi məlumatlar yalnız məhkəmə qərarı ilə ictimaiyyətə açıqlana bilər:
“Ya da diplomu verən Elm və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru