Anadolunu işğal etmədik. Əski yurdlarımıza geri döndük.
Bu gün, 12:54

17 sentyabr 1176-cı il tarixindəki Qaramıkbeli savaşı (Miryokefalon döyüşü ) ilə tarıximizin şanlı və zəfər səhifəsindən birinin yazıldığı gündür.
17 sentyabr 1176-cı il tarixindəki Qaramıkbeli savaşında Səlcuqlu sultanı II Qılınc Arslan ilə Bizans imperatoru I Manuel Komnenos arasında Dənizli Çivril Düzbel keçidi yaxınlarında Qaramıkbeli (Miryokefalonda) baş vermiş savaşda Bizans məğlub olur və Anadolu Səlcuqlarda qalır.
Burada 2 məsələni diqqətə çatdırmaq istəyirəm:
1-ci: Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsub olmuşlar. Nə yazıq ki, zamanla Səlcuqlu imperiyasını Azərbaycanla heç bir bağlılığı olmadığını göstərməyə çalışmışlar. Əslində isə , Səlcuqlar Azərbaycanın da qədim dövlətlərindən biridir.
2-ci: Türklər ( burada söhbət təkcə hazırkı Türkiyə türklərindən deyil, ümumu türk adından gedir) Anadoluya ilk dəfə Səlcuqlarla gəlmədi. Bir zamanlar türklərin yurdu olan Anadoluya- əski yurdlarına Səlcuqlar dönəmində yenidən sahib oldular. Anadolu min illər öncədən də türk yurdu olmuşdur. Sonrakı dönəmlərdə Türklərin istər Qafqaza və Kəngər ( şumer türkləri əslində özləri özlərinə Kəngər deyirdilər. Kəngər adında Azərbaycanda da hazırda bir sıra yer adları və soyadlar qalmaqdadır ) körfəzinə ( farslar Kəngər körfəzini fars körfəzi adlandırılar ) qədər olan ərazilərə, istər Anadoluya sonradan gəldiyini bildirmək üçün gerçək olmayan bir Altay nəzəriyyəsi uydurduqları kimi. Anadoluda məskunlaşmalarını və dolayısı ilə Anadolunu işğal etdiklərini də Səcuqlar dönəmi ilə bağlamağa çalışmışdılar. Və nə yazıq ki. bizləri də buna inandırmışdılar.
Biz Altaydan buralara gəlmədik, buradan Altaylara getdik. Anadolunu işğal etmədik. Əski yurdlarımıza geri döndük.
M.Afət
TEREF