Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI

Bu gün, 00:09           
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... -
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhət İsa oğlu Həbibbəylinin ölkədən çıxışının qarşısı alınıb.

Bu haqda "Hürriyyət"ə etibarlı qaynaqlardan məlumat verilib.

Bildirilir ki, Səhət Həbibbəyli bir neçə gün əvvəl səhhətində yaranmış problemlə əlaqədar ölkəni tərk etmək istəyib. Lakin sərhəddə ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və geri qaytarılıb.

Mənbə deyir ki, sabiq Komitə sədri sərhədçilərə yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyini və xaricdə müalicəyə ehtiyacı olduğunu bildirsə də, "ölkədə müalicə alması üçün səhiyyəmizin yetərli imkanlara malik olduğu" onun diqqətinə çatıdırılıb.

Qeyd edək ki, S.Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, AMEA-nın keçmiş prezidenti, akademik İsa Həbibbəylinin oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru