Xətai rayonunda qanunsuz tikintilərə kim icazə verir? VİDEO

Bu gün, 12:56           
Xətai rayonunda qanunsuz tikintilərə kim icazə verir?  VİDEO
Xətai rayonunda növbəti qanunsuz tikinti.

XALQ-ın məlumatına görə Xətai rayonu N. Tusi küçəsində qanunsuz tikinti işləri aparılır.

Qanunsuz tikinti gecə ilə aparılıb . Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur.

Qeyd edək ki, belə qanunsuz tikintilərlə bağlı müətmadi sosial platformalarda məlumatlar dərc olunur

Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən münasibət öyrənmək mümkün olmadı.

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki,2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Həmin qanunsuz tikintinin videosunu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru