Sabah Xankəndidə bayram konserti olacaq

Bu gün, 00:17           
Sabah Xankəndidə bayram konserti olacaq
Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə möhtəşəm bayram konserti keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib.
Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.Sabah Xanın kəndində atəşfəşanlıq da olacaq.
Qeyd edək ki, 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından 2 il keçir. 44 günlük Vətən Müharibəsi ilə başlanan yeni mərhələ 23 saatlıq antiterror əməliyyatı ilə tamamlandı və Azərbaycan dövlət suverenliyini bütün ərazilərdə tam bərpa etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bayrağımız ucaldıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü ildə bu şəhərlərdə Dövlət Bayrağını qaldıraraq ərazi bütövlüyümüzün tam bərpa olunduğunu dünyaya bəyan etdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru