“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

Bu gün, 16:22           
“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt
” Bravo” müştərilərə vaxtı keçmiş məhsulu endirimli qiymətlə satır.

Bunu tanınmış jurnalsit Aytən Abdulova sosial hesabında paylaşıb.

Jurnalist qeyd edib ki, Bravo mağazasının metronun İnşaatçılar stansiyasının yanındakı filialı, istifadə müddəti 4 gün əvvəl bitmiş (14.09.25) məhsulu 17 Sentyabr -1 Oktyabr tarixləri üçün endirim edib satır.

Filialın administratoruna irad bildirdim, mənə göz süzdürə -süzdürə deyir ki, nə var ki, burda pah böyük şey olub.

Belə reaksiyadan anladım ki, yəqin həmişə belə edirlər. Kadrlardan da görünür ki, qutuda az qalıb məhsul, deməli endirimi görən və tarixinə diqqət etməyən nə qədər adam bu məhsulu alıb yeyib. Endirimə aldanmayın, alış-veriş zamanı qida məhsullarının istifadə tarixinə diqqət edin deyə jurnaslit çağırış edib.

Qeyd edək ki, “Bravo” mağazalar haqqında aidiyyatı qurumlar cərimə tətbiqi həyata keçirsələrdə belə hallar yenidən təkrarlanır

Məsələ ilə bağlı “Azərbaycan Supermarket” MMC-dən münasibət öyrənmək mümkün olmadı.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru