“Pul almışam, yaxşı eləmişəm” — Daha bir direktorun səs yazısı yayıldı

Bu gün, 12:08           
“Pul almışam, yaxşı eləmişəm” —
Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

Sözügedən səs yazısında onun “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi ifadələri eşidilir.

Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var.

Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib.

Daha ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru