"Hazırda Bəxtiyar Hacıyevin və yaxınlarının evində axtarış aparılır" - Vəkilindən AÇIQLAMA

6-06-2023, 11:09           
"Hazırda Bəxtiyar Hacıyevin və yaxınlarının evində axtarış aparılır" -
“Hal-hazırda Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə axtarış aparılır”.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bunu sosial şəbəkə hesabında vəkil Elçin Sadıqov yazıb.
O bildirib ki, həmçinin B. Hacıyevin Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır:
“Hətta telefonları da əllərindən alınıb”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə azadlıqdan məhrum edib.
9 yanvar 2023-cü il tarixində Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina edib və o, aclığı bərpa edib. Yanvarın 21-də məhkəmə onun həbs müddətini 1 ay, fevralın 23-də isə daha iki ay - aprelin 28-nə qədər uzadıb.
Fevralın 28-də - aksiyanın 51-ci günündə Hacıyev aclığı dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru