"Vaqner" ilə Rusiya MN arasında mübahisə görünməmiş səviyyəyə çatıb" - Britaniya kəşfiyyatı

6-06-2023, 11:17           
"Vaqner" ilə Rusiya MN arasında mübahisə görünməmiş səviyyəyə çatıb" -
"Vaqner" qüvvələrinin çoxu Baxmutdan çıxarılıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, son 48 saat ərzində cəbhənin bir çox hissələrində, o cümlədən bir neçə ay ərzində nisbətən sakit olan bölgələrdə döyüşlərdə intensivləşmə müşahidə olunub.

Böyük Britaniya Kəşfiyyatı "Vaqner" qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında mübahisənin görünməmiş səviyyəyə çatdığını bildirib. "Vaqner"in sahibi Yevgeni Priqojin ilk dəfə olaraq Rusiya ordusunun "Vaqner" birləşmələrinə qarşı qəsdən öldürücü güc tətbiq etdiyini iddia edib.

Bu toqquşmadan sonra "Vaqner" çox güman ki, Rusiya ordusunun briqada komandirini saxlayıb. "Vaqner" qüvvələrinin çoxu hazırda Baxmutdan çıxarılıb. Rusiyanın hərbi ehtiyat hissələri az olduğundan, "Vaqner"in Müdafiə Nazirliyinə necə reaksiya verməsi qarşıdakı həftələrdə münaqişədə həlledici amil olacaq",- Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru