Milyarderlər harada yaşayır? Siyahıda bu şəhər də var - VİDEO

7-06-2023, 09:44           
Milyarderlər harada yaşayır?
“Dollar milyarderlərinin yaşadığı şəhərlər”in siyahısı açıqlanıb. İstanbul 33 milyarderlə 16 şəhərin yer aldığı siyahıda 13-cüdür.

Qlobal aktivlərin izlənməsi və idarə edilməsi şirkəti olan Wealth-x 2022-ci il üçün "milyarderlər şəhərləri" siyahısını açıqlayıb.

Wealth-x-in məlumatına görə, dünyada 3194 milyarder var.

Dollar milyarderlərinin 29 faizi dünyanın 16 şəhərində yaşayır.

Bu milyarderlərdən 136-sı Nyu-Yorkun ən böyük qlobal maliyyə mərkəzində yaşayır.

İkinci yerdə Honq Konq qərarlaşıb. 2022-ci ildə şəhərdə yaşayan milyarderlərin sayı 112 nəfər olub.

San-Fransisko siyahıda üçüncüdür. 2022-ci ildə şəhərdə yaşayan milyarderlərin sayı 84 nəfər olub.

Siyahıda dördüncü yerdə Rusiyanın paytaxtı Moskva qərarlaşıb. Şəhərdə yaşayan milyarderlərin sayı 76 nəfərdir.

Beşinci yerdə İngiltərənin paytaxtı London qərarlaşıb. 2022-ci ildə şəhərdə yaşayan milyarderlərin sayı 75 nəfərdən ibarətdir.

İstanbul, Sao Paolo ilə birlikdə siyahıda 13-cü, Çikaqo və Paris isə eyni siyahıda 14-cü yeri bölüşüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru