"Rusiyanın Kaxovka SES-in dağıdılmasında əli var" - ABŞ kəşfiyyatı

7-06-2023, 10:14           
"Rusiyanın Kaxovka SES-in dağıdılmasında əli var" -
“ABŞ prezident administrasiyasındakı mənbələrə görə, Rusiyanın Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasına görə məsuliyyət daşıdığına dair kəşfiyyat məlumatları var”.

Bu barədə NBC News kanalı məlumat yayıb.

“İnsidentlə bağlı bəzi kəşfiyyat məlumatlarının iyunun 6-da açıqlana biləcəyi gözlənilir. ABŞ hələ də bəndin partladılması ilə bağlı rəsmi açıqlama verməyib. Ağ Evin sözçüsü mediaya yalnız onu bildirib ki, Vaşinqton bu xəbərdən çox narahatdır və daha çox təfərrüat öyrənməyə çalışır.

Qərb rəsmisinin sözlərinə görə, partlayışın motivi hələ də araşdırılır, lakin dağılma Ukrayna qüvvələrinin çayı keçməsini çətinləşdirəcək və həmçinin ciddi humanitar problem yaradacaq.

Eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə bildirib ki, ABŞ Kaxovka SES ətrafında vəziyyəti diqqətlə izləyir”, – deyə məlumatda qeyd olunur. \\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru