Ermənilər Göyçə gölünü məhv edir

7-06-2023, 10:45           
Ermənilər Göyçə gölünü məhv edir
Gölün kimyəvi və bioloji təmizlənməsi gecikib...

"Sevanın (Göyçə gölü) su ehtiyatlarından amansızlıqla istifadə edərək, gölün bioloji tarazlığını pozmuş, onun “çiçəklənməsinə” töhfə vermişik".

Poliqon xəbər verir ki, bunu "Sputnik Ermənistan"a su ehtiyatları üzrə mütəxəssis və ekoloq Knarik Hovhannisyan Göyçə gölündə suyun azalmasına və mavi-yaşıl yosunların irimiqyaslı çiçəklənməsi probleminə toxunaraq deyib.

O qeyd edib ki, kanalizasiya problemi hələ də həllini tapmayıb. Gölün yaxınlığında üç təmizləyici məntəqə var ki, onlar yalnız suyu böyük tullantılardan təmizləməyi bacarır. Onun sözlərinə görə, gölün kimyəvi və bioloji təmizlənməsi gecikib:

"Gölə axan 28 çay lazımi səviyyədə təmizlənməyib və gölü çirkləndirməkdə davam edir. Həmçinin yağıntı və qardan sonra yerüstü axınlar da var, çaylar vasitəsilə gübrələr, məişət tullantıları da gölə axır. Gölün sahilində 400-dən çox otel və restoran var. Kanalizasiya ora axır, zibili gölə tökürlər. 400-dən otel-restoran cəmi 14-ü təmizləyici məntəqə ilə təchiz olunub. Qanunla onların hamısı belə stansiyalardan istifadə etməlidir. Biz gölə istirahət obyekti kimi baxırıq, onun ehtiyatlarını daim istehlak edirik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.