Moskvanın Xankəndindəki ən etibarlı adamı bu separatçı məmur imiş... - Ermənistan KİV

7-06-2023, 12:39           
Moskvanın Xankəndindəki ən etibarlı adamı bu separatçı məmur imiş... - Ermənistan KİV
Hazırda Rusiya Federasiyasının Xankəndindəki ən etibarlı adamı, nə qədər qəribə səslənsə də, həmin imperiyanın 32 il öncə qondardığı və 2 il yarımdan çoxdur onun “sülhməramlı” adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyandır.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “İravunk” qəzeti Qarabağ və Moskvadakı özəl mənbələrinə istinadla yazır.

“Eyni mənbənin sözlərinə görə, enerji sisteminin keçmiş işçisi kimi Rusiya tərəfi Qurgen Nersisyana etibar edir və ona yaxınlaşmağa imkan verməyən soyuq və sərt xarakterini nəzərə alaraq heç bir gizli informasiya sızmasının olmayacağından əmindir”- deyə erməni nəşri yazır.

Xatırladaq ki, 2021-2023-cü illərdən separatçı-terrorçu rejimin qanunsuz “baş prokuroru” olmuş Qurgen Nersisyan 2023-cü il martın 1-dən Putinin milyarder “desantı” Ruben Vardanyanın yerinə( 2022-ci il noyabrın 4-dən 2023-cü il fevralın 23-dək bu vəzifədə olub) qondarma “dövlət” naziri vəzifəsinə təyin edilib...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.