Ermənilərin Qarabağdan köçü davam edir
8-06-2023, 08:14

Ermənilərin Qarabağdan köçü davam edir: son 5 gündə 100-ə qədər erməni Qarabağdan Ermənistana köçüb.
Bunu separatçıların qondarma “ombudsmanı” Qeqam Stepanyan təsdiq edir və deyir ki, “100-ə qədər erməni Ermənistana köçüb, 110 nəfərə qədəri qayıdıb”.
Stepanyanın da təsdiq etdiyi kimi söhbət getməkdən yox, köçməkdən gedir. Bu, gedənlərin birtərəfli marşrut seçdiyi deməkdir. Lakin qayıdanlarla bağlı deyilənlərin separatçıların təbliğatı olduğu da şübhəsizdir.
- gedən ermənilərin görüntüləri var, amma qayıdanların yox;
- ermənilər mövcud vəziyyətdə Qarabağda qalmaq istəmədiklərini, Laçın postundan keçid şəraiti yaranan kimi bölgəni tərk edəcəklərini əvvəldən deyirdilər;
İndiyə qədər onların Laçın postundan keçidinə separatçılar imkan vermirdi və hesab edirdilər ki, postun ləğv edilməsinə nail olacaqlar.
Lakin Nikolun “Qarabağ Azərbaycandır” bəyanatı, Əliyevin separatçılar üçün “amnistiya çağırışı” və beynəlxalq müstəvidə bunun dəstəklənməsindən sonra getmək istəyənlərə şərait yaradılır.
Erməni mediası bunu Xankəndindəki separatçıların mövcud vəziyyətlə barışması ilə əlaqələndirir, qarşıdakı dövrdə gedənlərin daha çox olacağını yazır.
Bu görüntülərdəki ermənilərin hazırlıq əhval-ruhiyyəsi də real vəziyyəti özündə əks etdirir.
Asif Nərimanli
Teref.az