Rusiyanın məhv etdiyi “Leopard” tankları traktor çıxdı FOTO

8-06-2023, 00:18           
Rusiyanın məhv etdiyi “Leopard” tankları traktor çıxdı  FOTO
Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov Ukrayna ərazisində
Ukrayna qoşunlarına verilən “Leopard” tanklarının (Almaniya) məhv edildiyini açıqlayıb. Müdafiə
Nazirliyi “eksklüziv” kadrlar nümayiş etdirib.
Yayımlanan kadrlarda Rusiyaya məxsus hücum helikopterinin Ukrayna Silahlı Qüvvələrinin
nəzarətində olan ərazidəki obyektləri necə izlədiyi göstərilir. Hədəfi tapan ekipaj onu hava-yer
raketi ilə nişan alır və “düşmən”in texnikasını məhv edir. Sonra helikopter daha bir “tankı” sıradan
çıxarır.
Məlumat Rusiya mediası, “Telegram” kanalları və hökumətyönümlü hərbi müxbirlər tərəfindən
yayımlanıb.
Kadrlar təhlil edilərkən məlum olub ki, Rusiya hərbi vertolyotu kənd təsərrüfatı texnikasını –
taxılyığan kombayn və çiləyici traktoru sıradan çıxarıb.
Görüntülər sosial şəbəkələrin vətənpərvər seqmentində qızğın müzakirələrə səbəb olub.

Rusiyalı şərhçilər aşkar saxtakarlıqdan qəzəbləniblər, hətta hökumətyönümlü hesabların
əksəriyyəti videonu silib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalında isə kadrlar indiyədək qalır














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.