Hindistan brendlərinin dəyəri 2 trilyon dollara yaxınlaşıb

8-06-2023, 13:05           
Hindistan brendlərinin dəyəri 2 trilyon dollara yaxınlaşıb
“Brand Finance” konsaltinq şirkətinin araşdırmasına əsasən, Hindistanın 100 ən böyük brendinin ümumi dəyəri son bir ildə artaraq 2 trilyon dollara yaxınlaşıb.

“Tata Group” konqlomeratı ölkənin ən bahalı brendi olaraq qalır. Onun dəyəri il ərzində 10,3% artaraq 26,4 milyard dollar təşkil edib. Şirkət ən bahalı brendlərin qlobal siyahısında yeddinci yeri tutur.

İkinci yeri proqram təminatı istehsalçısı “Infosys” tutub. Şirkətin brendinin dəyəri 13,01 milyard dollar dəyərində qiymətləndirilir.

Üçüncü sırada “Life Insurance Corporation” (9,76 milyard dollar) sığorta şirkəti qərarlaşıb. “Airtel” telekommunikasiya operatorunun brendi (7,53 milyard dollar) reytinqdə dördüncü yerə yüksəlib, “Reliance Industries” konqlomeratı (7,36 milyard dollar) isə beşinci yerə düşüb.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru