Gələcək avtomobillərin salonu nümayiş olundu - FOTO/VİDEO

8-06-2023, 13:54           
Gələcək avtomobillərin salonu nümayiş olundu - FOTO/VİDEO
Fransanın “D.S.Automobiles” şirkəti gələcəyin avtomobilləri üçün nəzərdə tutulan salonun dizayn versiyasını təqdim edib.

M.i. 21 (Manifesto Interior 2021) adlı interyer adətən reallıqla əlaqəsi olmayan konseptlərdən fərqli olaraq, bir sıra normativ, iqtisadi və texnoloji məhdudiyyətləri nəzərə alır və buna görə də tez bir zamanda istehsala tətbiq oluna bilər.

Fransızlar bu onilliyin sonuna qədər seriya avtomobillərində belə interyerlər vəd edirlər.

M.i. 21 avtomobillərin interyerinə sənətkarlıq çalarları qatacaq, erqonomikanı təkmilləşdirəcək və nəqliyyat vasitələrini estetik cəhətdən daha da zənginləşdirəcək. Əsas dəyişikliklər işıq, səs, materiallar və texnologiya ilə bağlı olacaq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru