Beyinlə bağlı 100 ildir gizli qalan sirr açıldı

9-06-2023, 13:14           
Beyinlə bağlı 100 ildir gizli qalan sirr açıldı
Şimal-Qərb Universitetinin alimləri beyinlə bağlı bir əsrlik sirri aça biliblər. Belə ki, gicgah payının ön hissəsi ilə bağlı olan bölgənin həyati vacib funksiyası müəyyən olunub.

Elm adamlarının bununla bağlı tədqiqatları “Annals of Neurology” jurnalında dərc olunub.

Yeni bir araşdırmada, gicgah payının ən sonunda yerləşən hissənin əvvəllər elmə məlum olmayan funksiyaları yerinə yetirdiyi öyrənilib.

Alimlər bunun üçün alın-gicgah degenerasiyası olan 28 xəstənin beynini tədqiq ediblər. Bu xəstəlik nəticəsində (xəstəliyin irəliləməsi 10-15 il ərzində baş verir) gicgah payının sonundakı bölgə məhv olur.
Xəstəliyin tədqiqi beynin sözlərin mənasını, digər insanların hisslərini, üzlərin kimliyini necə deşifrlədiyini və davranışı tənzimlədiyini başa düşməyə imkan verib. Məlum olub ki, sözügedən fəaliyyətlərə məhz bu kiçik sahə cavabdehdir.

Alimlər tədqiqatlara davam etdiklərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru