1727-ci il tarixli Rəvan Livasının müfəssəl təhrir dəftəri

9-06-2023, 14:04           
1727-ci il tarixli Rəvan Livasının müfəssəl təhrir dəftəri
1727-ci il Revan Livası Mufassal Tahrir Defteri adlı sənəd Türkiyə Cümhuriyyəti Baş Bakanlık Osmanlı Arşivində 901 saylı qeydiyyatla saxlanmaqdadır. Bu sənəd bizə həm də İrəvan şəhərinin Təpəbaşı məhəlləsində 3 əsr öncə yaşayan ailələrin adlarını da ötürmüşdü. Çox qiymətli və inkar edilməz sübutdur. Osmanlılar İrəvan qalasını fəth etdikdən sonra osmanlı katibləri tərəfindən tutulan bu təhrir dəftərinə görə, Təpəbaşı məhəlləsinin sakinlərindən 106 ailə müsəlman, cəmi 39 nəfər isə gebrani idi. Sənəddə yalnız ailə başçısının adı yazılmışdır. Hər ailəni ənənəyə uyğun olaraq orta hesabla 5 nəfərdən hesablamalı olarsaq 530 nəfər türk-müsəlman sakini və 39 nəfər qeyri- müsəlman olduğu görəcəyik. Onu da qeyd etməliyəm ki, Osmanlıların İrəvan şəhərinə hücumu zamanı bir çox müsəlmanların şiə məzhəbində olanları şəhəri tərk etməli olmuşlar.

3 əsr öncə Təpəbaşı məhəlləsinin türk-müsəlman ailələrinin adları aşağıdakılardır:
Məhəmməd Şəfinin vələdi
Bəyan Tahirin vələdi
Qaraoğlan Xan Süvarın vələdi
Əli Xan Süvarın vələdi
Tağı Qaraoğlanın vələdi
Fəth Əli Məhəmmədin vələdi
Əhməd Məhəmmədin vələdi
Məsum Əli Əlinin vələdi
Sadiq Qurbanın vələdi
Qızılfər Ərəd xanın vələdi
Mövlaqulu Seyfinin vələdi
Adəm Divanın vələdi
Dərviş Məhəmməd Bayramın vələdi
Bədəl Atmalının vələdi
Məhəmməd Əli Qasımın vələdi
Məhəmməd Əli Arslanın vələdi
Məhəmməd Kərim Murtazaqulunun vələdi
Bağır Aşurun vələdi
Sadiq Aşurun vələdi
Nur Məhəmməd Yar Məhəmmədin vələdi
Ər Məhəmməd Yar Məhəmmədin vələdi
Məhəmd Əli Xan Süvarın vələdi
Həzi İmamqulunun vələdi
Saleh Kazımın vələdi
Allahqulu Xanqulunun vələdi
Zaman xan İsgəndərin vələdi
Kazım Əhmədin vələdi
Murtuzaqulu Mir Səlimin vələdi
Qədimqulu Dərgahın vələdi
Sadiq Sevindikin vələdi
Nəqi Sevindikin vələdi
Bağır Sevindikin vələdi
Cəbrayıl İbrahimin vələdi
Qasım Ağanın vələdi
Murtuzaqulu Ocaqqulunun vələdi
Mir Səlim Məhəmmədin vələdi
Məhəmməd Rza Budaqın vələdi
Eybə Əli Şah Budaqın vələdi
Məlik Yusifin vələdi
Ocaqqulu Mustafa
Kərim Mehdinin vələdi
Süleyman Mirzəqulunun vələdi
Teymurgünə Uğurlunun vələdi
Qurban Əli Əvəzin vələd
Ocaqqulu Xəlilin vələdi
Mustafa Mehdinin vələdi
Səlim Abdullahın vələdi
Qurban Əli Səfərin vələdi
Bədr Cəbəlin Qurban Əlinin vələdi
Zaman Bayram Əlinin vələdi
Əvəz Səfərin vələdi
Murad Rəşxanın vələdi
Mehdi Seyfi xanın vələdi
Seyfi Qədimqulunun vələdi
Rzaqulu Hacı Murtazaqulunun vələdi
Süleyman Hacı Mustafanın vələdi
Kərim Əkbərin vələdi
Qasım Hacının vələdi
Kərim Bayramın vələdi
Süleyman Hacı Mustafanın vələdi
Məhəmməd Qədimin vələdi
Məhəmməd Əli Kazımln vələdi
Xaliqverdi Xudaverdinin vələdi
İmamverdi Əmirin vələdi
Sadiq Bağırın vələdi
Əhməd Məhəmmədin vələdi
Ağa Baba Pirqulunun vələdi
Əli Rza Pirqulunun vələdi
Abduılah Nəzər Əlinin vələdi
Rəfi Nəzər Əlinin vələdi
Xəlifqulu Bayram bəyin vələdi
Mustafa Haşiminin vələdi
Mehdi xan Məhəmmədqulunun vələdi
Ağa xan Xəlilin vələdi
Cəfər Teymurqayanın vələdi
Bayram Əli Salehin vələdi
Kazım Kərəm Əlinin vələdi
Tağı Kərəm Əlinin vələdi
Hacı Fəramərz Abdullahın vələdi
Hacı Qasım Seyfinin vələdi
Məhəmməd Bağır Qasım xanın vələdi
Zeynal Məhəmməd Rzanın vələdi
Allahverdi İmamqulunun vələdi
Hacl Bayram Əli Mehdinin vələdi
Mürsəl Mehdinin vələdi
Müğüm Əlinin vələdi
Müzmər Əlinin vələdi
Qasım Əli Cəfərin vələdi
Cabbar Abdullahın vələdi
Kamal Məhəmmədin vələdi
Novruz Qaramanln vələdi
Kəlb Əli Kəlb Məhəmmədin vələdi
Məhəmməd Rəhdatın vələdi
Rəhim Kərimin vələdi
Ağa Baba Kərim
Rəfi Aşurun vələdi
Məhəmməd Əli Hacı Vəlinin vələdi
Abbas Bayramın vələdi
İmamqulu Seyfinin vələdi
Abdal xan Abdullahın vələdi
İmamqulu Abdullahın vələdi
Abdulla Məhəmmədqulunun vələdi
Məhəmməd Əmin Molla Rza
Yadigar Xəlilin vələdi
Murad Məhəmmədqulunun vələdi
Mustafa Mehdinin vələdi
Bu ailələrdən başqa, Təpəbaşı məhəlləsində 39 nəfər gebrani də yaşayırdı. Gebrani müsəlman olmayanlara deyilirdi. Gavur , gur kəlməsi sonradan gebr olaraq istifadə olunmuş və kəlmə kafir sözündən gəlirdi.
Təhrir dəftərlərində bu terminlə yəhudilər istisna olmaqla (onlara osmanlıda öz adları ilə xitab edilirdi və xrsitianlardan üstün tutulurdu) bütün qeyri-müsəlmanlar nəzərdə tutulurdu.
İstinad:
Məhəllədə yaşayan ailələrin adları "1727-ci il tarixli Rəvan Livasının müfəssəl təhrir dəftəri" adlı AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun Fərəh Hüseyninin tərcüməsində nəşr etdirdiyi kitabdandır.
Mənbənin orijinalının elektron variantını isə 2021-ci ildə Türkiyə Cümhuriyyəti Baş Bakanlık Osmanlı Arşivində (BOA, TTD, nr. 901) olarkən əldə etmək şansım olmuşdu.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.