Vətəndaşlar rəqəmsal xidmətlərdən məmnundurmu?

14-06-2023, 12:44           
Vətəndaşlar rəqəmsal xidmətlərdən məmnundurmu?
Ötən gün Sosial Tədqiqatlar Mərkəzi dövlət xidmətlərinin keyfiyyət və məmnunluğu ilə bağlı hesabatını açıqlayıb.
Qurum bununla bağlı maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirə təşkil etmişdi.
Hesabat yetərincə əhatəli və analitik xarakter daşıyırdı.
Hiss olunurdu ki, SMT bu datanı hazırlamaq üçün bütün ölkə üzrə sorğuların təşkilinə ciddi əmək sərf edib.
Maraqlıdır ki, Hesabatda bəzi dövlət qurumlarının təriflədikləri və xeyli büdcə resursları xərclədikləri elektron xidmətlərlə bağlı tənqidi fikirlər yer alıb.
Sektorda vəziyyətin yaxşılaşması üçün də təkliflər verilib.
Yeri gəlmişkən, diqqət çəkən məqam həm də ondan ibarət oldu ki, yenicə eGov səlahiyyətləri əldə edən RİNN və İRİA-nın nümayəndələri tədbirdə gözə dəymirdi.
Düşünürəm ki, ölkədə rəqəmsal hökumət quruculuğu və e-xidmətlərlə bağlı müəyyən addımlar atılsa da xeyli ciddi problemlər də qalır.
Kordinasiya, inteqrasiya, kağızdan istifadə, bəzi e-xidmətlərin keyfiyyətsizliyi və tam olaraq əldə edilməsinin mümkünsüzlüyü, mobil həllərin azlığı, SİMA-nın tam inteqrasiya olunmaması, səmərəsizlik, təkrar sistemlər və s. bu kimi problemlər uzun müddətdir ki həllini gözləyir.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru