Dəhşətli statistika:

14-06-2023, 13:23           
Dəhşətli statistika:
Beynəlxalq fiziklər qrupu ilk dəfə olaraq insanın yuxarı tənəffüs yolları ilə mikroplastik hissəciklərin hərəkətini tədqiq edib və müəyyən edib ki, hər saat insanların tənəffüs orqanlarında orta hesabla 16-ya yaxın mikroplastik hissəciklər çökür.

Amerika Fizika İnstitutunun mətbuat xidməti çərşənbə axşamı bildirib ki, bu, Yer kürəsində plastik çirklənmə ilə mübarizənin zəruriliyini daha da vurğulayır.

“Alimlər müxtəlif ölçülü və formalı mikroplastik hissəciklərin insanın tənəffüs yollarına daxil olmasını hesablayıblar. Hesablamalar göstərib ki, bu hissəciklərin əhəmiyyətli hissəsi tənəffüs sisteminin müəyyən hissələrində, o cümlədən burun boşluqlarında və boğazda “məskunlaşır”, - məlumatda deyilir.

Qeyd olunur ki, son onilliklər ərzində elm adamları nəinki çaylarda və göllərdə, həm də nəhəng “zibil adalarının” yarandığı okeanların bir çox ucqar bölgələrində külli miqdarda plastik qalıqlar və mikroplastiklər aşkar ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru