Ruslar Laçın postunda BİZƏ KÖMƏK EDİBLƏR? - Ermənistan KİV

15-06-2023, 20:43           
Ruslar Laçın postunda BİZƏ KÖMƏK EDİBLƏR? -
Xəbər verildiyi kimi, bu gün saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Düşmən təxribatının qarşçısı alınıb, onların atəş nöqtəsi susdurulub.

Az öncə isə Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzeti maraqlı bir məlumatla çıxış edib. Qəzet yazır ki, Azərbaycan sərhədçiləri rusların köməyi ilə Dövlət Bayrağımızı Ermənistanla sərhəddə ucaldıblar. “Əldə etdiyimiz məlumata görə, günorta saatlarında Rusiya hərbçiləri ərazidə şlaqbaum quraşdırıblar. Bundan sonra Azərbaycan əsgərləri Bayrağı qaldırıblar”.

***

Bu gün səhər saatlarında Laçın istiqamətində təxribat törədən Ermənistan ordusunun iki əsgəri yaralanıb. Bu barədə məlumatı “Armenian Times” yayıb.

Kordnizor kənd məktəbinin direktoru Manvel Karapetyan isə “Hraparak” qəzetinə açıqlamasında deyib ki, kənddən azca aşağıda, körpünün yaxınlığında atışma olub. “Orada Rusiya hərbçiləri şlaqbaum quraşdırıblar. Bundan sonra azərbaycanlılar bayrağı qaldırıblar”.

Onun sözlərinə görə, Kornidzor kəndindən bir az aşağıda, körpünün yaxınlığında atışma olub. Nəticədə iki erməni səgəri yaralanıb. //JAMAZ.İNFO//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.