Ukraynada yaralandığı deyilən Delimxanovun yeni görüntüləri yayımlanıb - VİDEO

16-06-2023, 14:04           
Ukraynada yaralandığı deyilən Delimxanovun yeni görüntüləri yayımlanıb - VİDEO
Ötən gün Ukrayna gedən döyüş əməliyyatlarında yaralandığı deyilən Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovun yeni görüntüləri yayılıb.

Görüntülər Ramzan Kadırovun “Telegram” kanalında dərc edilib.

Videoda Ramzan Kadırovun Adam Delimxanovla, Maqomed Daudovla döyüş əməliyyatlarını müzakirə etdiyi əks olunub.
Çeçenistanın rəhbəri Ramzan Kadırov qeyd edib ki, A.Delimxanovun rəhbərlik etdiyi hərbi dəstələr onların qarşısına qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirirlər.

“Bəzi mətbuat nümayəndələrinə tövsiyə edirəm ki, təxribata uymasınlar”, - deyə R.Kadırov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru