Laçın postunun gülləbaran edilməsinin İLGİNC DETALLARI - ayın 14-də...

16-06-2023, 09:58           
Laçın postunun gülləbaran edilməsinin İLGİNC DETALLARI - ayın 14-də...
“Laçında atəşkəsin pozulması konkret olaraq reinteqrasiya prosesinə zərbə vurmaq üçündür. Çünki erməni vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi gündəmdədir. İkincisi, ayın 14-də ikinci böyük mərhələdə Laçına qayıdış prosesinə start verildi. Bir növ “qayıdan əhalini qorxutmaq lazımdır” prinsipindən çıxış edirlər”.

TEREF.AZ bildirir ki, bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, Gorus istiqamətində isə dəqiqləşdirilməmiş sərhəd xətləri var və neytral zona anlayışı məcbur edir ki, Azərbaycan tərəfi onların qarşısını alsın:

“Bununla Azərbaycanı təxribata çəkmək istəyirlər. Digər önəmli məsələ ABŞ-dən gələn açıqlama oldu: “Qarabağdakı separatçıların arxasında duran qüvvələr var”. Amerika dolayısı ilə qondarma rejimi və Rusiyanı ittiham etdi. Beləliklə, sabitliyin pozulmasında bu iki əsas qüvvənin günahkar olduğunu bildirib həm də əməliyyatların həyata keçirilməsinə leqal mühit yaratmağa çalışır. Bu mənada antiterror əməliyyatı üçün vaxtın yetişdiyini biz Laçın sərhəd-buraxılış məntəqəsinin gülləbaran edilməsi ilə də görə bilərik.

Başqa maraqlı məqam isə bundan ibarətdir ki, Ərdoğan qeyd etdi ki, Zəngəzur dəhlizi İranla bağlı bir problemdir, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan isə bildirdi ki, xüsusən üçüncü ölkələrlə bağlı irada heç bir reaksiya verməyəcək”.

Ekspertin fikrincə, Ermənistanla sərhəddə baş verənlərin bir əməliyyat hazırlığına aparacağı kimi görünür:

“Biz bilirik ki, irimiqyaslı toqquşmalar nəticəsində hansısa razılaşma əldə etmək mümkün olmur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.