Antiinhisarın əvvəlki işlərindən əsər-əlamət qalmayıb. - Xeyli zəifləyiblər və mövcud durumla barışmış kimi görsənirlər.

17-06-2023, 08:19           
Antiinhisarın əvvəlki işlərindən əsər-əlamət qalmayıb. -
Tenderlərə , onların nəticələrinə nəzər salıram.
Dövlət qurumları milyonlar xərcləyirlər texnologiyalara.
Bu layihələrin səmərəlilik və effektivliyi bir başqa müzakirə mövzusudur.
Amma tender qaliblərinin kim olduğu və ya olacağı artıq mübahisə doğurmur.
Texnologiyalar sahəsində başa çatmış tenderlər elanı üzrə qalibin kim ola biləcəyini öncədən müəyyən etməklə bağlı özümü yoxlamaq qərarına gəldim
Nümunə olaraq Dövlət Vergi Xidmətinin texnologiyalarla bağlı başa çatmış böyük bir tender elanına nəzər saldım.
Nəticələrə baxmadan, təcrübəmə və topladığım dataya əsasən qalibin yalnız iki şirkətdən biri ola biləcəyini düşündüm.
Nəticələrə baxdım, yanılmamışdım.
Sektorda təxminən bu cür oxşar situasiya formalaşıb.
Antiinhisar elə düşünə bilər ki, biz bunu müəyyən etmək üçün hansısa süni intellekt həllindən istifadə edirik . Əsla.
Sadəcə tendensiyanı izləmək, dataya sahib olmaq, müşahidə və təcrübə.
Təəssüf ki, sektorda reallıq təxminən bu formadadır.
Antiinhisarın əvvəlki işlərindən əsər-əlamət qalmayıb.
Xeyli zəifləyiblər və mövcud durumla barışmış kimi görsənirlər.
Hansı ki, Prezident tərəfindən məhz bu sektorda qayda-qanun yaradılması ilə bağlı xüsusi tapşırıqlar verilmişdi.
Osman Gunduz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru