Telefonlarda istifadə edilmədikcə “Wi-Fi”ı söndürün

18-06-2023, 11:04           
Telefonlarda istifadə edilmədikcə “Wi-Fi”ı söndürün
Bir çox istifadəçi internetdən istifadə etmədikdə belə mobil cihazında "Wi-Fi" şəbəkələrinin axtarışını söndürmür.

Teref.Az lent.az-a istinadən bildirir ki, bu funksiya yalnız internetdən istifadə etdikdə və ya messencerdə kimsədən mesaj gözlədikdə aktivləşdirilməlidir.

İnternetdə "sörfinq" başa çatan kimi "Wi-Fi" şəbəkələri üçün axtarışı söndürmək məsləhətdir.

Bəs, bunu niyə etmək lazımdır?

Daim "Wi-Fi" axtarışı mobil cihazın yükünü ciddi şəkildə artırır.

Cihazın akkumulyatoruna mənfi təsir göstərir. Bu zaman mobil telefon daha tez boşalır, batareyanın özü isə tədricən öz gücünü itirir.

Bundan əlavə, mobil telefonun avtomatik olaraq müdaxilə edənlərə məxsus "Wi-Fi" şəbəkəsinə qoşulması mümkündür.

Belə hallarda həminin şəxsi məlumatların kibercinayətkarlar tərəfindən oğurlana da bilər. Buna görə də, internetə ehtiyac olmadığı anlarda "Wi-Fi" şəbəkələri üçün axtarışı söndürmək üçün tənbəllik etməyin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru