“Twitter” tətbiqi smart televizorlarda görünəcək

19-06-2023, 13:04           
“Twitter” tətbiqi smart televizorlarda görünəcək
“Twitter”in rəhbəri İlon Mask “ağıllı” televizorlar üçün “Twitter” tətbiqinin tezliklə buraxılacağını açıqlayıb.

Müvafiq mesaj onun sosial şəbəkədəki səhifəsində dərc olunub.

İstifadəçilərdən biri qeyd edib ki, o, “Twitter”i Smart TV-lərdə də görmək istəyir.

Mask istifadəçinin istəklərinə cavab olaraq “Yoldadır”, - yazıb.
Eyni zamanda, milyarder Smart TV üçün “Twitter”in buraxılış vaxtı barədə məlumat verməyib.

Tətbiqin necə görünəcəyi və hansı funksiyanı yerinə yetirəcəyi də hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru