Əsəbi olan insanlar zərərli qida seçir – ALİMLƏR

20-06-2023, 10:44           
Əsəbi olan insanlar zərərli qida seçir – ALİMLƏR
Çox vaxt stress zamanı insanlar yüksək kalorili qidaları seçirlər.
“Medicina” xəbər verir ki, Qarvan Tibbi Tədqiqatlar İnstitutunun avstraliyalı alimləri stress və zərərli qidalara aludəçilik, həmçinin sonradan çəki artımı arasında əlaqəni aşkar ediblər.
“Çox vaxt insan stress zamanı daha az yeyə bilər, lakin insanların çoxu əsəbi olandaə şirin, yağlı, yüksək kalorili yeməklər seçirlər.
Bu yemək vərdişlərini izah etmək üçün alimlər xroniki stress vəziyyətində olan siçanların beyinlərini tədqiq ediblər.
Subyektlər iki qrupa bölünüb, onların yarısı iki həftə ərzində yüksək yağlı pəhrizlə, digər yarısı isə eyni müddət ərzində standart pəhrizlə qidalanıblar.
Müəlliflər heyvanların beyninin müxtəlif sahələrinin müxtəlif pəhrizlərdə xroniki stressə necə reaksiya verdiyinə xüsusi diqqət yetiriblər. Onlar beynin epitalamik bölgəsində yerləşən və mükafat sistemini tənzimləyən kiçik bir bölgənin yüksək yağlı qida ilə qidalanan stressiz siçanlarda aktiv olduğunu müşahidə ediblər.
Mütəxəssislər belə bir mexanizmin heyvanı həddindən artıq yeməkdən qorumaq üçün işə salındığı qənaətinə gəliblər.
Bununla belə, siçanlar xroniki stresə məruz qaldıqda, beynin bu hissəsi qeyri-aktivləşib və onlara toxluq tənzimləyici siqnallarına cavab vermədən həzz almaq üçün lazımsız qidaları yeməyə davam etməyə imkan verib. Bu siçanlar, stress keçirməyən heyvanlardan iki dəfə çox çəki qazanıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.