Müharibənin əsas zədəsi: Xroniki xəstəliyə çevrilir
26-06-2023, 09:54

Kəllə-beyin travması xroniki xəstəlik kimi uzunmüddətli nəticələrə səbəb ola bilər.
Cebhe.info xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Neurology” jurnalında dərc edilib.
Yüzlərlə pasiyenti müşahidə edən alimlər müəyyən ediblər ki, travmatik beyin xəsarətləri ilə bağlı problemlər illərlə davam edə bilər:
“İnsanların durumu müxtəlif anlarda yaxşılaşır və ya pisləşir. Bu problemlər yaddaş, düşüncə və gündəlik fəaliyyətlə bağlıdır”.
Viskonsin Tibb Kollecində neyrocərrahiyyə və nevrologiya kafedrasının dosenti, aparıcı tədqiqatçı Benjamin Brett kəllə-beyin zədələnməsinin də əslində bir çox digər xroniki xəstəliklər kimi xroniki bir xəstəlik olduğunu deyib:
"Vəziyyət bir neçə il ərzində həm yaxşıya, həm də pisə doğru dəyişə bilər”.
Buna görə Brett xəstələrin zədədən sonrakı dövrdə daha uzun müddət izlənilməli olduğu fikrindədir.
Tədqiqat üçün Brett və həmkarları yüngül zədəsi olan 900-dən çox insandan, sarsıntıl keçirmiş 200 nəfərdən, xüsusən də kəllə sınığı olan xəstələrdən məlumat toplayıblar.
Tədqiqatçılar bu xəstələri ortopedik zədələri olan, lakin başından xəsarət almayan 150-dən çox insanla müqayisə ediblər. Onlaırn hamısı yeddi il izlənib.
Brettin komandası müəyyən edib ki, yüngül zədəsi olan insanların 21% -də, orta və ağır zədəsi olan insanların 26% -də və kəllə-beyin travması olmayan insanların 15% -də ümumi fəaliyyət qabiliyyəti azalır.
Bunun özünə qulluq, köməksiz yaşamaq, avtomobil idarə etmək və ictimai fəaliyyətlərdə iştirak etmək kimi gündəlik fəaliyyətləri yerinə yetirmək qabiliyyəti ilə bağlı olduğu ortaya çıxdı. Orta hesabla, zədədən iki-yeddi il sonra, yüngül zədəsi olan xəstələrin 29% -i, orta və ağır zədəsi olan xəstələrin 23% -i gündəlik qabiliyyətinin azalmasını hiss edir.
Bununla belə, bəzi xəstələrdə yaxşılaşma da müşahidə olunub. Yüngül zədəsi olan xəstələrin 22% -nin vəziyyəti zamanla yaxşılaşıb.
Xatırladaq ki, kəllə-beyin zədəsi müharibə zamanı ən çox rast gəlinən xəsarətlərdən biridir.