Təsadüfi qəlyanaltılardan niyə imtina etməliyik? - Rusiyalı həkimdən AÇIQLAMA

20-06-2025, 15:06           
Təsadüfi qəlyanaltılardan niyə imtina etməliyik? -
Alman alimləri sadəcə beş gün ərzində qeyri-sağlam qida ilə qəlyanaltı etməyin sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini müəyyən ediblər.

Bu barədə rusiyalı həkim, endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Zuxra Pavlova KP.ru-ya açıqlamasında danışıb.

"İnsulin dirəci şəkərli diabet və piylənmənin inkişafı, koqnitiv funksiyaların (diqqət, yaddaş, nitq, təfəkkür - red.) azalması ilə sıx şəkildə bağlıdır. Şübhəli qəlyanaltılar sağlamlığımız üçün uzunmüddətli nəticələrə səbəb ola bilər və orqanizmin fəaliyyətində pozuntular yarada bilər", - Zuxra Pavlova bildirib.

Onun sözlərinə görə, qəlyanaltıları tamamilə istisna etmək daha yaxşıdır. Onlar çəkiyə dərhal təsir etməsələr belə, problemlər sonradan ortaya çıxa bilər. Əgər qida qəbulları arasındakı fasilə beş saatdan çox olarsa, yalnız o zaman qəlyanaltı etmək olar.

"Belə halda zülal-karbohidrat tərkibli bir şey yemək tövsiyə olunur. Məsələn, bananla yoğurt, alma ilə bir parça pendir. Əgər yalnız meyvə yesəniz, bu zaman iştahanız daha da arta bilər", - deyə həkim vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru