Netanyahu: İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq

20-06-2025, 15:18           
Netanyahu: İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq
“Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq”.

İndex.az yerli mediaya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

O deyib ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək: “Biz İranın yaratdığı nüvə təhlükəsini tamamilə aradan götürməyə qadirik”.

İsrail hökumətinin başçısı İranın Ali dini lideri Ayətullah Xameneinin qətli barədə müzakirələrə isə: “Heç bir variant istisna, heç kim isə toxunulmaz deyil” – sözləri ilə aydınlıq gətirib.

İsrailin baş naziri ABŞ-ın İsrail – İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq. Biz İranın nüvə ilə bağlı arxivini ələ keçirməyə nail olmuşuq. İrandakı şiə qanadı bizə cavab zərbələri endirir, lakin “Hizbullah” indiyədək bir ədəd də olsun raket atmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru